BAKI, 17 iyul. TELEQRAF

Moskva hazırda Ukrayna ilə birbaşa danışıqlar aparır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, bu danışıqlar ABŞ-nin vasitəçiliyi ilə həyata keçirilir.

"Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski ilə Ukrayna tərəfinin nümayəndələri arasında da əlaqə saxlanılır. Rusiya ikinci mərhələdə razılaşdırılmış əsir mübadiləsi prosesi başa çatdıqdan sonra, danışıqların üçüncü mərhələsi ilə bağlı Ukraynadan təkliflər gözləyir", - D. Peskov vurğulayıb.