BAKI, 17 iyul. TELEQRAF

Ukrayna Ali Radası (parlamenti) Yuliya Siridrenkonun ölkənin yeni Baş naziri təyin olunmasını təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Rada deputatı Aleksey Qonçarenko bildirib.

O qeyd edib ki, Yuliya Siridrenkonun namizədliyini 262 deputat dəstəkləyib.

Xatırladaq ki, Y. Siridrenko buna qədər Ukraynanın iqtisadiyyat naziri olub.