BAKI, 16 iyul. TELEQRAF
Türkiyənin Silivri həbsxanasında saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifədən uzaqlaşdırılmış sədri Əkrəm İmamoğluna hökm oxunub.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
O, İstanbul Baş prokuroru Akın Gürlek haqqında dediyi sözlərə görə mühakimə olunub.
Ə.İmamoğluna hədə-qorxu ittihamı ilə 2 ay 15 gün, dövlət məmurunu təhqir ittihamı ilə isə 1 il 5 ay həbs cəzası verilib.