BAKI, 15 iyul. TELEQRAF
Ukraynanın Baş naziri Denis Şmıqal istefa verib.
Teleqraf-ın xəbərinə görə, o, vəzifədən ayrılmaqla bağlı ərizəsini Ali Radaya təqdim edib.
D.Smıqal 2020-ci ilin martından sözügedən postu tutur.
Onun ölkənin yeni müdafiə naziri təyin olunacağı gözlənilir.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 14-də Baş nazirin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenkoya hökumətə rəhbərlik etməyi təklif edib.
