BAKI, 10 iyul. TELEQRAF
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun vəzifəsindən azad olunub.
Teleqraf xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.
Digər sərəncamla, xarici işlər nazirinin müavini Burhanəddin Duran Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsinə gətirilib.
Fəxrəddin Altun isə Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri təyin olunub.