BAKI, 3 iyul. TELEQRAF

İyulun 3-nə keçən gecə Belqradda icazəsiz etiraz aksiyasının iştirakçıları polis əməkdaşlarına hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə Serbiyanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə zamanı bir polis əməkdaşı yaralanıb, bir nümayişçi isə saxlanılıb.

Xəsarət alan hüquq-mühafizə orqanının əməkdaşı xəstəxanaya aparılıb.

İnsident zamanı polis briqadasının avtomobilinə də ziyan dəyib.