BAKI, 30 iyun. TELEQRAF

Türkiyənin İzmir vilayətinin müxtəlif qəsəbələrində iyunun 29-da başlayan meşə yanğınlarının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Teleqraf xəbər verir ki, bu barədə TRT- HABER məlumat yayıb.

Yanğınların qarşısını almaq üçün gecə boyu yerüstü müdaxilə həyata keçirilib. Bu səhər isə havanın işıqlanması ilə havadan müdaxilə yenidən başlayıb.

Hazırda bölgədə davam edən yanğınlara 4 təyyarə, 14 helikopter və onlarla yerüstü yanğınsöndürmə briqadası cəlb olunub.

Bölgədəki bir çox yaşayış məntəqəsində təxliyə işləri görülüb. Hazırda yanğınları nəzarət altına almaq üçün intensiv işlər davam etdirilir.