BAKI, 25 iyun. TELEQRAF

Alyansın hərbi büdcəsinin artırılması əsaslı bir addımdır, lakin bu proses bununla məhdudlaşmayacaq.

Teleqraf xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte bildirib.

“Bu, sadəcə başlanğıcdır. NATO bundan sonra müdafiə sənayesinin sürətli və sistemli şəkildə genişləndirilməsinə fokuslanacaq",- o qeyd edib.

Onun sözlərinə görə, dəyişən qlobal təhlükəsizlik mühiti fonunda Alyansın hərbi və sənaye imkanlarının gücləndirilməsi prioritet məsələ olaraq qalır.