BAKI, 24 iyun. TELEQRAF

Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu bu ay baş tuta bilər.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa bildirib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu zamanı memorandumlar çərçivəsində yaxınlaşma olmalıdır. Çepa həmçinin məhbus mübadiləsinin davam etdiriləcəyini deyib.

İyunun 2-də İstanbulda Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların ikinci raundu keçirilib . Görüş rus dilində keçirilib və bir saatdan bir qədər çox davam edib. Tərəflər bir-birinə təklif olunan atəşkəs memorandumlarını müzakirə edərək əsirlərin mübadiləsi vəə döyüşçülərin cəsədlərinin verilməsi barədə razılığa gəliblər.