BAKI, 24 iyun. TELEQRAF

Vaqner özəl hərbi şirkəti (PMC) daxilində ciddi daxili qiyam baş qaldıra bilər.

Teleqraf xəbər verir ki, bunu "Daily Storm"a müsahibəsində özəl hərbi birləşmənin adı açıqlanmayan veteranı bildirib.

Hərbçinin sözlərinə görə, buna səbəb PMC-də xidmət edən keçmiş məhbuslarla komandir heyəti arasında yaranan narazılıqdır.

Hərbi birliyə türmə qanunlarını gətirən keçmiş məhbuslar onlar üçün xüsusi qrupun yaradılmasını və komandirin də məhz keçmiş məhkumlardan təyin edilməsini tələb edirlər.