BAKI, 22 iyun. TELEQRAF
ABŞ-nin İrana qarşı yeni hərbi əməliyyatlar keçirmək planı yoxdur.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Dövlət katibi Marko Rubio CBS telekanalına bildirib.
"Hazırda İrana qarşı heç bir hərbi əməliyyat planlaşdırılmır. Əgər onlar axmaqlıq edib amerikalılara və ya ABŞ-nin maraqlarına hücum etməyə başlasalar, onların problemləri olacaq", - dövlət katibi deyib.