BAKI, 22 iyun. TELEQRAF

"Rusiya ilə Ukrayna arasında danışıqlar hazırda düzgün istiqamətdə davam edir".

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova Fransanın JDD nəşrinə verdiyi müsahibəsində bildirib.

"Bizim üçün Kiyevin NATO-dan ayrılmasına dair aydın və hüquqi cəhətdən təsdiqlənmiş təminatlar almaq, həmçinin Ukraynada dilindən, milliyyətindən və dinindən asılı olmayaraq fundamental hüquq və azadlıqların qorunması olduqca vacibdir", – deyə o qeyd edib.

Zaxarova əlavə edib ki, Rusiya ilə Ukrayna arasında danışıqlar hazırda düzgün istiqamətdə davam edir: "Rusiyanın bu məsələdə mövqeyi dəyişməz olaraq qalır. Eyni zamanda münaqişənin əsas səbəblərinin başa düşülməsi, onların aradan qaldırılması Moskva üçün önəmlidir. Tərəflər hərbi əsirlər və saxlanılan mülki şəxslərin əhəmiyyətli mübadiləsi barədə razılığa gəliblər. Bundan əlavə, nizamlanmaya dair konkret təklifləri özündə əks etdirən memorandumların da qarşılıqlı mübadiləsi aparılıb".