
BAKI, 22 iyun. TELEQRAF
İranın İsfahan şəhəri doqquz gündə ikinci dəfə İsrail tərəfindən hücuma məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) məlumat yayıb.
Bildirilir ki, İsfahandakı böyük nüvə kompleksi İsrailin İrana hücumları zamanı hədəfə alınıb və bir neçə başqa bina da zədələnib.