BAKI, 11 iyun. TELEQRAF

Moskva Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini davam etdirməyə ciddi yanaşır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

O qeyd edib ki, Rusiyanın bu məsələdə mövqeyi dəyişməzdir və əsas məqsəd qarşılıqlı razılaşmalar əldə etməkdir.

Zaxarova vurğulayıb ki, danışıqlar prosesinin bütün parametrləri Rusiya rəhbərliyi tərəfindən açıq şəkildə müəyyən olunub.