BAKI, 8 iyun. TELEQRAF
Moskva yeni və çox həssas raket təhdidlərinin yaranmasına cavab vermək məcburiyyətindədir və belə cavabın konkret parametrləri ilə bağlı qərar Rusiya rəhbərliyindən asılıdır.
Teleqraf xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
"Ölkəmiz yeni və üstəlik, çox həssas raket təhdidlərinin yaranmasına cavab vermək məcburiyyətindədir. Belə cavabın konkret parametrləri ilə bağlı qərarlar bizim ordumuzdan və təbii ki, Rusiya Federasiyasının rəhbərliyindən asılıdır", - Ryabkov vurğulayıb.