BAKI, 7 iyun. TELEQRAF
Həm Rusiya, həm də Ukrayna sülhə nail olmaq üçün Braziliyanın vasitəçiliyinə ümid edə bilər.
Teleqraf xəbər verir ki, bu bəyanatla Braziliya Prezidenti Luis İnasiu Lula da Silva çıxış edib.
Lula da Silvanın sözlərinə görə, BMT-nin bu məsələdə yenidən əsas rol oynamasının vaxt gəlib.
Bundan əlavə, Braziliya Prezidenti Ukrayna münaqişəsinin qızışdırılmasını "dəlilik" adlandırıb. Onun sözlərinə görə, dünyada təhsilə, səhiyyəyə və aclıqdan əziyyət çəkənlərin ehtiyac duyduğu ərzağa xərclənməli olan trilyonlarla dollar silaha sərf olunur.