BAKI, 6 iyun. TELEQRAF
“Apple” korporasiyası smartfonlarının şarj sürətini və gücünü 50 vatadək artırmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "91Mobiles" nəşrinin məlumatında deyilir.
Nəşrin jurnalistləri Tayvan tənzimləyicisi NCC-nin bazasında “Apple” smartfonlarının yeni şarj aksessuarları haqqında məlumat tapıblar. Bu məlumatların ortaya çıxması cihazların tezliklə buraxılacağından xəbər verir. Sözügedən şarj cihazları, maksimum 50 vatadək şarj gücünü təmin edən yeni Qi 2.2 simsiz standartını dəstəkləyir.
Cihazların təsvirində “MagSafe” standartı və 1 və ya 2 metr uzunluğunda kabel qeyd edilir. Həmçinin, yeni şarj cihazlarının “iPhone”un “MagSafe” maqnitlərinə daha yaxşı yapışmasını təmin etdiyi və şarj prosesinin sabitliyini artırdığı bildirilir.