BAKI, 27 may. TELEQRAF
Ukrayna sülh üçün şərtlər siyahısını ABŞ-yə təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın Ukrayna - Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib.
“Ukrayna sülh danışıqlarına başlamaq üçün irəli sürdüyü şərtləri rəsmi şəkildə ABŞ tərəfinə təqdim edib”,- o vurğulayıb.
Kelloq bildirib ki, Rusiya ilə Ukrayna arasında ikinci raund danışıqların İsveçrədə keçirilməsi mümkündür.
Qeyd edək ki, danışıqların birinci raundu mayın 16-da Türkiyədə keçirilib.