BAKI, 27 may. TELEQRAF
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın paytaxtı Kiyevə səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Səfərin məqsədi Ukrayna ətrafında baş verən vəziyyəti müzakirə etməkdir.
Hazırda nazir Rusiyanın paytaxtı Moskvadadır. Onun Ukraynaya səfəri Rusiya ilə danışıqlardan dərhal sonra baş tutacaq.