BAKI, 26 may. TELEQRAF

Çeçenistan rəhbərinin köməkçisi və respublikanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev öz Teleqram kanalında Ukrayna Prezidenti Volodimir Zelenskinin ona qarşı tətbiq etdiyi sanksiyaları şərh edib.

Teleqraf-ın məlumatına görə, Ə. Dudayev istehza ilə yazıb ki, o, növbəti “dəhşətli” sanksiya siyahısına düşüb və "bütün günü beləcə məhv olub".

Ramzan Kadırovun köməkçisi gülüş smaylları əlavə edib: "Bu təlxəyin sanksiyaları dövlət mükafatına bərabərdir".

Mayın 25-də Zelenski Ə.Dudayev və daha 9 nəfərə qarşı sanksiya tətbiq edib. Onlara qarşı şəxsi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlər tətbiq ediləcək. Bu barədə fərman Ukrayna liderinin saytında yerləşdirilib.