BAKI, 25 may. TELEQRAF.

Kolumbiyanın qərbində tələbə avtobusunun baryerə çırpılması nəticəsində azı 10 nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə qəza qurbanlarının təhsil aldığı Aleksandr fon Humboldt Universiteti məlumat yayıb.

Universitetin rektoru Dieqo Xaramilyo universitetin sosial şəbəkə hesabında dərc olunmuş müraciətində bildirib: “Avtobusda 22 tələbə, iki müəllim və qurumumuzun kommunikasiya şöbəsinin əməkdaşı olub”.

Kolumbiyanın Armeniya şəhərində yerləşən universitet yeddi tələbə və üç universitet əməkdaşı olmaqla, ölənlərin siyahısını açıqlayıb. Caracol telekanalının məlumatına görə, qəza nəticəsində 8 tələbə həlak olub.

Təcrübədən qayıdan tələbələri daşıyan avtobus körpünün hasarına çırpılıb.

İlkin məlumata görə, sürücü idarəetməni itirib.