BAKI, 25 may. TELEQRAF
İran rəsmi olaraq ölkənin ilk hava taksisini istifadəyə verib.
Teleqraf xəbər verir ki, hava taksisinin ilk reysi Kərəc və Qəzvin şəhərləri arasında baş tutub.
Bu istiqamətdə müntəzəm daşımaların həyata keçiriləcəyi bildirilir.
İranda ilk hava taksisinin istifadəyə verilməsi ölkənin nəqliyyat infrastrukturunun modernləşdirilməsində və aviasiya xidmətlərinin genişləndirilməsində əhəmiyyətli addım kimi qiymətləndirilir.