
BAKI, 21 may. TELEQRAF
Panama bayrağı altında üzən və BƏƏ ilə əlaqəli məhsullar daşıyan tanker İranın Bəndər-e-Cask limanı yaxınlığında saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Ambrey” dəniz təhlükəsizliyi şirkətinin məlumatında deyilir.
Məlumata görə, gəmidən "qaçırılma" ilə bağlı təcili yardım xəbəri ötürülüb.