BAKI, 19 may. TELEQRAF
Somalinin Hirşabel əyalətində ordu birlikləri ilə əş-Şəbab silahlıları arasında baş verən qarşıdurmada 70 terrorçu zərərsizləşdirilib.
Teleqraf xəbər verir ki, Somali İnformasiya Nazirliyindən verilən yazılı açıqlamada, son 48 saatdır davam edən əməliyyatlarda Hirshabelle əyalətinin bölgələrində əş-Şəbab qruplaşmasına qarşı uğurlu əməliyyatların aparıldığı qeyd olunur.
Somali ordusunun əməliyyatlarına yerli xalqlar da dəstək verir.