BAKI, 19 may. TELEQRAF

“Telegram”ın qurucusu Pavel Durov öz kanalının fransızsayağı “Du Rove” adından imtina edərək orijinal “Pavel Durov” adını geri qaytarıb.

Teleqraf xəbər verir ki, “Du Rove's Channel” adı 2023-cü il aprelin 1-də Durovun Fransa vətəndaşlığı alması fonunda meydana gəlmişdi. O zaman köməkçisi fransız üslubunu imitasiya edərək soyadına boşluq əlavə etməyi təklif etmişdi.

Xatırladaq ki, mayın 18-də Durov Fransa kəşfiyyatının rəhbəri Nikola Lernerin seçkilər ərəfəsində Rumıniyada mühafizəkar səslərin aktivliyini məhdudlaşdırmaq xahişini yerinə yetirməkdən imtina etdiyini bildirib.