BAKI, 17 may. TELEQRAF

İranın mülki atom enerjisi proqramına ehtiyacı yoxdur, çünki ölkə zəngin neft ehtiyatlarına malikdir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”ə müsahibəsində deyib.

"Onların çoxlu nefti var. Bu neft onlara 300 il çatar. İnsanlar anlamırlar ki, bu, dünyanın ən zəngin ölkələrdən biridir. Sizin sonsuz neft və qaz ehtiyatınız olduğu halda, niyə mülki nüvə enerjisinə ehtiyacınız olsun? Əgər siz ən zəngin neft ehtiyatlarından birinin sahibisinizsə, mülki atom nəyinizə lazımdır?" - Ağ Ev rəhbəri bildirib.

Tramp əlavə edib ki, o, İranın nüvə silahına sahib olmasına imkan verə bilməz. Onun sözlərinə görə, hazırda tərəflər bu məsələ üzrə sazişi tamamlamalıdırlar.