BAKI, 14 may. TELEQRAF

Pekindən qayıdarkən təyyarəsi texniki səbəblərdən Moskvada eniş edən Braziliya Prezidenti Luis İnasiu Lula da Silva və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Teleqraf Rusiya mətbuatına istinadən xəbər verir ki, söhbət zamanı Rusiya lideri Braziliya və Çin rəhbərliklərinə Ukrayna münaqişəsinin həllinə töhfə verdikləri üçün minnətdarlığını bildirib.

Braziliya Prezidenti isə öz növbəsində 15 mayda İstanbulda baş tutması gözlənilən Rusiya və Ukrayna arasında birbaşa danışıqların uğurlu olması üçün hər cür kömək göstərmək niyyətində olduğunu vurğulayıb.