BAKI, 13 may. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin İstanbul danışıqlarında iştirak etməyəcək.
Teleqraf xəbər verir kİ, “The Washington Post” Moskvadakı mənbələrinə istinadən danışıqlarda Rusiyanı təmsil edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb.
İstanbuldakı danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov və Prezidentin müşaviri Fyodor Uşakov daxildir.
Beləliklə, nəşr Putinin İstanbulda olmayacağını təsdiqləyir.