ZAQATALA, 30 mart. TELEQRAF
Zaqatalada yol qəzası olub.
Teleqraf xəbər verir ki, hadisə Aşağı Tala kəndi yaxınlığında baş verib.
İlkin məlumata görə, "VAZ 21011" və "Mersedes" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb. Maşında olan digər şəxslər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırma aparılır.