BAKI, 12 may. TELEQRAF

Pakistan hökuməti PKK terror təşkilatının buraxılması ilə bağlı qərarı alqışlayır.

Teleqraf xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Pakistan hökuməti PKK-nın özünü ləğv etməsi barədə verilmiş bəyanatı alqışlayır və bu addımı davamlı sülh və sabitlik yolunda mühüm bir irəliləyiş kimi qiymətləndirir",- məlumatda deyilir.

Qeyd olunur ki, Pakistan və Türkiyə dərin qardaşlıq əlaqələri ilə bir-birinə bağlı olan iki dost ölkə kimi, qarşılıqlı maraq doğuran bütün sahələrdə, o cümlədən terrorizmə qarşı mübarizədə daim bir-birini dəstəkləyib.