BAKI. 11 may. TELEQRAF

Rusiyanın danışıqlar təklifi masadadır, qərar Kiyevdə və onun kuratorlarındandır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında deyib.

"Bizim təklifimiz, necə deyərlər, masanın üzərindədir. Qərar indi Ukrayna hakimiyyətində və onların kuratorlarındadır. Onlar, görünür, öz xalqlarının maraqlarını deyil, şəxsi siyasi ambisiyalarını rəhbər tutaraq, Ukrayna millətçilərinin əli ilə Rusiyaya qarşı müharibəni davam etdirmək istəyirlər", - o bildirib.