BAKI, 1 may. TELEQRAF
ABŞ-nin maliyyə naziri Skott Bessent Vaşinqtonla Kiyev arasında faydalı qazıntılar üzrə razılaşma layihəsini şərh edib.
Teleqraf xəbər verir ki, Ukrayna sözügedən razılaşmanı hazırlayıb və onu ratifikasiya üçün Ali Radaya təqdim edıb.
Bu barədə danışan Bessent deyib: "Tramp Oval kabinetdə Zelenskiyə demişdi ki, sizin kartınız yoxdur. İndi Tramp ona royal-fleş verdi. Biz bu kartları götürüb Rusiya hökumətinə göstərə bilərik".
Qeyd edək ki, royal-fleşpoker oyununda ən güclü kombinasiya hesab olunur və sahibinə şəksiz qələbə qazandırır.