BAKI, 30 aprel. TELEQRAF
Vaşinqton Pekinlə ticarət sazişi bağlamaq istəyir, lakin bu şərtlə ki, ABŞ buna görə hər il 1 trilyon dollar itirməsin.
Teleqaf xəbər verir ki, bu sözləri Amerika lideri Donald Tramp Miçiqan ştatının Uorren şəhərində ikinci prezidentlik müddətinin ilk 100 gününə həsr olunmuş mitinqdə çıxışı zamanı deyib.
D.Tramp bildirib: "Onlar razılıq əldə etmək istəyirlər. Biz razılaşma əldə edəcəyik, lakin bu, ədalətli sövdələşmə olacaq. Bu razılaşmaya görə, biz keçmiş ABŞ Prezidenti Co Baydenin dövründəki kimi, ildə bir trilyon dollar itirməyəcəyik".