BAKI, 30 aprel.TELEQRAF

Demokratlar Partiyasının nümayəndəsi Kamala Harrisin 2024-cü ilin noyabrında keçirilmiş seçkilərdə qələbəsi ABŞ-nin “uğursuz üçüncü dünya ölkəsi”nə çevirə bilərdi.

Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Miçiqan ştatının Uorren şəhərində ikinci prezidentlik müddətinin ilk 100 gününə həsr olunmuş mitinqdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, demokratlar qalib gəlsəydilər, 10 milyon yeni miqrantın ölkəyə daxil olmasına imkan yaradacaq və ABŞ-dəki qeyri-qanuni miqrantların daha 30-40 milyon nəfərinə amnistiya verəcəkdilər.

Tramp deyib: “Amerikanın özünün uğursuz üçüncü dünya ölkəsinə çevrilməsi yalnız bir neçə il və ya ay məsələsi olardı. Əgər onların öz yolu olsaydı, biz üçüncü dünya cəhənnəminin dəliyində yaşayardıq. Onlar məhz bunu istəyirlər”.