BAKI, 30 aprel. TELEQRAF
Rusiyalı müğənni Kristina Orbakaytenin Latviyaya girişinə qadağa qoyulub.
Teleqraf xəbər verir ki, bu barədə "LSM" portalı məlumat yayıb.
Ölkənin Dövlət Təhlükəsizlik Xidmətindən bildiriblər ki, “Rusiyanın təcavüzünü dəstəkləyən şəxslər” milli təhlükəsizlik maraqlarına uyğun gəlmir, çünki “Latviya cəmiyyətində millətlərarası gərginliyi artıra bilərlər”.