BAKI, 29 aprel. TELEQRAF
Rusiya təqviminə daha iki rəsmi bayram artırıla bilər.
Teleqraf xəbər verir ki, məlumatı TASS yayıb.
Qələbənin 80-ci ildönümü ilə bağlı avtoyürüşə həsr olunmuş mətbuat konfransında ekspertlər söyləyiblər ki, 1 iyul tarixinin Döyüş Veteranları Günü kimi təqdim edilməsi təklifi ilə ölkə rəhbərliyinə müraciət olunacaq.
İkinci bayram isə 1812-ci il Vətən Müharibəsi ilə bağlı ola bilər. Belə ki, dekabrın 25-ni, son fransız əsgərinin Rusiya ərazisini tərk etdiyi günün Qələbə günü kimi qeyd olunması təklif edilir.
Qeyd edək ki, 1814-cü ildə imperator Aleksandr həmin tarixin Qələbə günü qeyd olunması barədə fərman imzalamışdı. Həmin fərmana əsasən, Qələbə günü düz yüz il müddətində Rusiyada bayram edilirdi.