BAKI, 28 aprel. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin atəşkəs barədə verdiyi qərar barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya Prezidentinin və Silahlı Qüvvələrin Ali Baş Komandanı Vladimir Putinin qərarına əsasən, humanitar məqsədlə Qələbənin 80 illiyi münasibətilə Rusiya tərəfi atəşkəs elan edir. 8 mayda başlayacaq atəşkəs 11 maya qədər qüvvədə qalacaq. Bu müddət ərzində bütün hərbi əməliyyatlar dayandırılacaq.

Rusiya Ukrayna tərəfini də anoloji addımı atmağa çağırıb.