
BAKI, 28 aprel. TELEQRAF
Cənubi Koreyanın Çxoncu şəhərində məktəbə hücum edən şagird 6 nəfəri yaralayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, hücum edən silahlı olub, lakin onun nə ilə silahlandığı açıqlamayıb.
Xəsarət alanlar arasında müəllim də var. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar, lakin heç birinin vəziyyəti ağır deyil.
Zərərçəkənlərə yardım göstərilir.