BAKI, 28 aprel. TELEQRAF
Türkiyə tərəflərin razılığı ilə Rusiya və Amerika Birləşmiş Ştatları liderləri arasında görüş keçirməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya saytları Ankaradakı diplomatik mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib: “Niyə də olmasın? Türkiyə bu gün diplomatiya mərkəzi rolunu oynayır, Türkiyəyə və onun lideri Rəcəb Tayyib Ərdoğana hər iki tərəf etimad göstərir. Düşünürəm ki, tərəflər hazır olsa və razılaşsa, Türkiyədə belə bir görüşü təşkil etmək olar”.