BAKI, 28 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə Roma görüşündən danışıb.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri CNN telekanalına açıqlamasında bildirib.

ABŞ Prezidenti Donald Tramp Romadakı söhbət zamanı Volodimir Zelenskinin əvvəlkindən daha sakit göründüyünü və sövdələşməyə hazır olduğunu vurğulayıb.

Ağ Ev rəhbəri Vaşinqton və Kiyev arasında mineral ehtiyatlar üzrə sövdələşmədən, yoxsa Ukraynadakı münaqişənin həllinə dair razılaşmadan danışdığını izah etməyib. O yalnız bunları açıqlayıb: "Mən onun daha sakit olduğunu gördüm. Düşünürəm ki, o, nə baş verdiyini anlayır və sövdələşmə etmək istəyir".

O deyib ki, Ukrayna Prezidenti ilə görüş yaxşı keçib və Vaşinqton yaxın günlərdə hadisələrin gedişini izləyəcək.