BAKI, 27 aprel. TELEQRAF

İsrail Müdafiə Qüvvələri Yəməndən atılan raketi ələ keçirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Raket atışımın qarşısını almaq üçün hava hücumundan müdafiə sistemləri işə salınıb. İsrail üzərində hava hücumu sirenləri səslənib. Xüsusilə, Arava vadisi və Ölü dəniz bölgəsində siqnal işə salınıb.

“Raket İsrail ərazisinə keçməzdən əvvəl ələ keçirilib”, - deyə məlumatda bildirilir.