BAKI, 23 aprel. TELEQRAF

Pentaqon rəhbəri Pit Heqset məxfi məlumat sızması qalmaqalına görə vəzifəsindən uzaqlaşdırılmalıdır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Demokratik Partiyasının senatoru Temmi Dakvort "X" hesabında məlumat verib.

Senator vurğulayıb ki, müdafiə nazirinin “Signal” messencerində, o cümlədən həyat yoldaşı ilə paylaşdığı kəşfiyyat məlumatı ona qapalı rabitə kanalı vasitəsilə göndərilib. Bununla da Heqset amerikalı pilotları qəsdən lazımsız təhlükəyə məruz qoyub. Ona görə də o, işdən azad edilməlidir.