BAKI, 23 aprel. TELEQRAF

Çərşənbə günü İsrailin Fələstin anklavının müxtəlif ərazilərinə endirdiyi zərbələr nəticəsində azı 12 nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bildirilir ki, İsrail artilleriyası Qəzza şəhərinin Əz-Zeytun, Et-Tuffa və Eş-Şücayyə ərazilərini intensiv atəşə tutub.

"Əl-Cəzirə" qeyd edir ki, son 2 gündə anklavda azı 32 nəfər həlak olub.