BAKI, 23 aprel. TELEQRAF

Çinin Ukraynadakı səfiri Ma Şenqkun bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi "Facebook"da məlumat yayıb.

Kiyev bəyan edib ki, Çin vətəndaşları ilə Rusiya hərbçiləri arasında əməkdaşlığa dair sübutları Çin tərəfinə təhvil verib. Ukrayna Pekin və Moskva arasında müdafiə sektorunda mümkün əməkdaşlıqdan ciddi narahatlığını ifadə edib. Təqdim olunan materialların təfərrüatı açıqlanmır.

"Çin tərəfi təsdiqləyici məlumat aldı. Biz konstruktiv cavab gözləyirik", - Ukrayna Xarici İşlər Nazirliyi qeyd edib.

Aprelin 17-də Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukraynanın Rusiyaya Çindən silah tədarükü, o cümlədən barıt və artilleriya sistemləri barədə məlumatı var.