BAKI, 13 aprel. TELEQRAF

ABŞ-nin Panama kanalının Çinin nəzarəti altında olması fikri yanlışdır.

Teleqraf xəbər verir ki, bunu Panama xarici işlər nazirinin müavini Karlos Gevara Mann bildirib.

"ABŞ administrasiyasının fikrincə, kanal Çinin təsiri altına düşüb. Bu, tamamilə yanlış fikirdir, çünki heç bir xarici ölkənin kanal administrasiyasına heç bir təsiri yoxdur", - o qeyd edib.

O, həmçinin Panama ilə ABŞ arasında təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə dair son razılaşmalara baxmayaraq, kanalın neytral qalacağını bildirib.