BAKI, 11 aprel. TELEQRAF

"Rusiyada keçirilən görüşdən sonra prezidentlər Vladimir Putin ilə Donald Tramp arasında telefon danışığı aparıla bilər".

Teleqraf "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, hazırda Sankt-Peterburqda Putinin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşü keçirilir. Söhbətin mövzusu Moskva ilə Vaşinqton arasında münasibətlərin normallaşması və Ukraynada münaqişənin nizamlanmasının bəzi aspektləridir.