BAKI, 11 aprel. TELEQRAF

Cersi Siti yaxınlığında Hudson çayına düşən "Bell 206" helikopterinin qəza görüntüləri dəhşətlidir.

Teleqraf xəbər verir ki, o, bu barədə "Tramp Truth" sosial şəbəkəsində paylaşım edib.

"Hudson çayında dəhşətli helikopter qəzası...", - o yazıb.

Trampın sözlərinə görə, təyyarədə altı nəfər olub, heç birini xilas etmək mümkün olmayıb.

Hazırda hadisə ilə bağlı ABŞ-nin nəqliyyat naziri Şon Daffi və onun əməkdaşları araşdırma aparır. Ağ Ev rəhbəri əlavə edib ki, insidentin təfərrüatı yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq.