BAKI, 11 aprel. TELEQRAF
ABŞ-də helikopter Nyu-Yorkda yaxınlığındakı Hudson çayına düşüb.
Teleqraf xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.
Hadisə təxminən saat 15:15-də (Bakı vaxtı ilə 23:15) baş verib.
Helikopterdə olanların hamısı qəzada həlak olub. Bildirilir ki, helikopterdə uşaqlar da daxil olmaqla 6 nəfər olub.
Polis təyyarənin göyərtəsində pilot, 3 uşaq və 2 böyükdən ibarət ailənin olduğunu açıqlayıb. Helikopter havaya qalxdıqdan 12 dəqiqə sonra qəzaya uğrayıb.
Qəza Azadlıq heykəli üzərində turist uçuşu zamanı baş verib. Helikopterin göyərtəsində olan sərnişinlər İspaniya vətəndaşları olub.
Hadisənin baş vermə səbəbi araşdırılır.