BAKI, 11 aprel. TELEQRAF
ABŞ prezidentinin oğlu kiçik Donald Tramp Vaşinqtonun Panama kanalı ilə bağlı hüquqlarını əsaslandırıb.
Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"Biz onu tikdik. Biz bunun pulunu ödədik", - kiçik Tramp yazıb.
O vurğulayıb ki, ABŞ gəmiçilik kanalından imtina etməməli idi.