BAKI, 10 aprel. TELEQRAF

Rusiya və ABŞ arasında keçirilən məsləhətləşmələrin yekunlarına dair mətbuata açıqlama verilməsi gözlənilmir.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunub ki, danışıqların yekunları xarici siyasət idarələri vasitəsilə daha sonra açıqlanacaq.

Xatırladaq ki, tərəflər arasında danışıqlar Bakı vaxtı ilə 11:00-da başlayıb.

Rusiya nümayəndə heyətinin rəhbəri Vaşinqtondakı səfir Aleksandr Darçiyevdir.

ABŞ tərəfini isə Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Koulter təmsil edir.